Azərbaycan Basketbol Federasiyasının (ABF) Hakimlər Kollegiyası ilə Azərbaycan Basketbol Liqası (ABL) klublarının nümayəndələri arasında görüş keçirilib.
Prosport.Az xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidməti açıqlama yayıb.
Bakı İdman Sarayında təşkil olunan tədbirdə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) oyun qaydalarındakı dəyişikliklər barədə ətraflı məlumat verilib.
Görüşdə həmçinin 2026/2027 mövsümü ilə bağlı məsələlər müzakirə olunub.
