UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlanıb.
Prosport.Az xəbər verir ki, Naxçıvan təmsilçisi oktyabrın 27-də Macarıstanın "Uypeşt", ertəsi gün Bosniya və Herseqovinanın "Buba Mara" komandaları ilə qarşılaşacaq. Azərbaycan çempionu qrupda son görüşünü oktyabrın 30-da "Pyaşt"a (Polşa) qarşı keçirəcək.
Qeyd edək ki, V qrupun oyunları Polşanın Qlivitse şəhərindəki "Prezero Arena"da keçiriləcək. Qarşılaşmaların başlama saatı hələ açıqlanmayıb.
