Azərbaycanın atletika millisinin üzvü Anna Yusupova Danimarkanın paytaxtı Kopenhagendə keçirilən şose qaçışı üzrə dünya çempionatında iştirak edib.
Prosport.Az xəbər verir ki, Yusupova 1:19:19 nəticə göstərərək ümumi sıralamada 91-ci yeri tutub.
Qeyd edək ki, milli üzvü yarışda şəxsi məşqçisi Vüqar Ələsgərovun rəhbərliyi altında mübarizə aparıb.
