Azərbaycan stolüstü tennisçiləri Belçikanın açıq çempionatında çıxış edəcək.
Prosport.Az xəbər verir ki, baş məşqçilər Fərhad İsmayılovla Mixail Timofeyevin rəhbərliyi altında yarışda Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Xədicə Əbilzadə iştirak edəcək.
Belçikanın Pepenster adlı ərazisində təşkil olunacaq çempionat U-21 yaş kateqoriyasındakı idmançılar və böyüklər arasında keçiriləcək. Sabah start götürəcək yarışa sentyabrın 20-də yekun vurulacaq.
