Üzgüçülük üzrə “İpək Yolu” (The Silk Road Tour) Dünya Kubokunun “Bakı 2026” mərhələsinin idman səfiri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Azərbaycanı beynəlxalq musiqi və televiziya layihələrində təmsil edən müğənni və aparıcı Azad Şabanov yarışın idman səfiri seçilib.
Azad Şabanov “Yeni Ulduz-7” musiqi yarışmasında ikinci yerin sahibi olub. O, 2010-cu ildə “Eurovision” Mahnı Müsabiqəsinin Azərbaycan üzrə milli seçim mərhələsində də iştirak edib.
