Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    Bakıdakı Dünya Kubokunda ev sahibliyimiz gözəl idi, oyunumuz yox... – YAZI
    30.08.2023 10:08:47

    Şahmat üzrə 10-cu Dünya kuboku bu il Bakıda keçirildi. İyulun 30-da başlayan yarışda ölkəmizi 18 şahmatçı təmsil edirdi. Əvvəllər belə yüksək səviyyəli beynəlxalq yarışlarda Rusiya, Çin və Hindistan şahmatçılarının sayca daha çox olduğunu müşahidə etsək də, bu dəfə ev sahibi kimi daha şanslı idik.

    Şahmat dünyasında böyükdən kiçiyə hər kəsin yaxşı tanıdığı dünya çempionu Maqnus Karlsenin Bakıya gəlişi bütün şahmat həvəskarlarında böyük marağa səbəb oldu. İlk turda 156 şahmatçı ilə turnirə başlayan kişilər qrupu II turda FIDE-nin yüksək reytinqli daha 50 nəfər oyunçusunun qoşulması ilə 206 nəfərlə davam etdi. İlk turda 78 nəfər xanım şahmatçı ilə başlayan qadınlar qrupu isə II turda FIDE-nin yüksək reytinqli daha 25 oyunçusunun qoşulmasından sonra ümumilikdə 103 idmançının iştirakı ilə davam etdi.

    Maqnus Karlsen, Fabiano Karuana, Yan Nepomnyaşşi, Aniş Qiri, Parham Maqsudlu, Vasili İvançuk, Yan-Kjıştof Duda, Hikaru Nakamura, Vesli So, Maksim Vaşye-Laqrav, Aleksandr Qrişşuk, Salem Saleh, Nadirbəy Əbdesəttarov, Rameşbabu Praqnanandaa kimi məşhurları, eləcə də bir çox şöhrətli qadın qrossmeysterləri dövlətimizin xüsusi diqqət və dəstəyilə Azərbaycanda bir araya gələrək, böyük uğura imza atdıq.

    Yarış zamanı bütün oyunların zaldan canlı, həm də onlayn formada tamaşaçıya şərhlərlə çatdırılması gənc şahmatçılar üçün böyük təcrübə qazanmaq şansı idi.

    Avqust ayının 24-də yekunlaşan Dünya Kuboku, əfsuslar olsun ki, bizim şahmatçılar üçün bəzi uğursuz nəticələrlə yadda qaldı. Ay ərzində bir çox şanslardan istifadə etsək də, yarışla bağlı gözləntilərimiz tam doğrulmadı. Ciddi nəticə gözlədiyimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə və milli yığmamızın digər üzvləri bizi məyus etdi.

    Teymur Rəcəbov 2019-cu ildə Xantı-Mansiyskdə (Rusiya) keçirilən Dünya Kubokunda 1/8 finalda Şəhriyar Məmmədyarovu, 1/4 finalda Ceferi Sionqu (ABŞ – 2707 ELO), yarımfinalda Maksim Vaşye-Laqravı (Fransa – 2774 ELO) və finalda Dinq Lireni (Çin – 2811 ELO) məğlub edərək, Dünya Kubokunu qazanmış, bununla da 2020-ci ildə keçiriləcək Namizədlər Turnirinə vəsiqə əldə etmişdi. Bu dəfə isə yüksək təcrübə və imkan sahibləri olan milli yığmamızın üzvlərinin yarışa yetərincə hazır olmadıqlarını gördük. Azərbaycan Şahmat Federasiyasının milli yığmamıza daim göstərdiyi diqqət və qayğıdan, eləcə də Dünya Kubokunun millimizin ayağına gətirilməsindən yararlana bilmədik. Zənnimcə, bu uğursuzluq üçün Azərbaycan Şahmat Federasiyasını günahlandırmaq haqsızlıq olardı.

    Üzümüzü güldürən tək şahmatçımız 28 yaşlı gənc qrossmeyster Nicat Abbasov oldu. Ölkəmizi layiqincə təmsil edərək, yarışı 4-cü pillədə yekunlaşdırdı. Dünya kuboku tarixində 8 mərhələ irəliləyən ilk şahmatçı kimi tarixə düşən Nicat öz karyerasında yeni bir səhifə açdı. Son görüşlərdə rəqiblərinin daha təcrübəli olması və şahmatçımızın debütlərdə zəif oyun nümayiş etməsi Nicatı ilk 3 pillədən kənarda qoydu.

    Fanatı olduğum Maqnus Karlsenin kuboku qazanması bir çoxları kimi, məni də təəccübləndirmədi.

    Ümumilikdə, Bakıda təşkil edilən Dünya Kuboku uğurlu təbliğatla yanaşı, ölkəmizdə şahmatın səviyyəsinin artırılması istiqamətində müsbət addım oldu. Amma uğurlu nəticələr əldə etmək üçün görəcəyimiz işlər hələ çoxdur. Yaşlanmış titullu şahmatçılarımızın müsbət ənənələrini yeni gənc nəslin istedadlı nümayəndələri tərəfindən davam etdirməsi barədə təcili qərarlar qəbul etməli və ciddi addımlar atmalıyıq. Ölkəmizdə bir çox istedadlı gənclər var ki, onlara diqqət artırılmalıdır. Yaşlı nəslin şahmatçıları gələcək çempionların yetişdirilməsi üçün təcrübələrini gənclərlə paylaşmaqda tərəddüd etməli deyillər.

    Pərvanə İsmayılova
    Qızlar arasında dünya və Avropa çempionu, FIDE ustası
    Qax rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru

    Digər idman növləri

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20
    Stolüstü oyunlar

    Şahmat yığmalarımız İngiltərə və Çexiyaya qarşı

    19.09.2026 10:24:38
    Digər idman növləri

    Şahmat yığmalarımızdan itkisiz irəliləyir

    18.09.2026 19:34:34
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızın Olimpiadada növbəti sınağı

    18.09.2026 10:52:03
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan Olimpiadada növbəti qələbə

    17.09.2026 21:16:53
    Stolüstü oyunlar

    Yığmalarımız Danimarka və Filippinə qarşı

    17.09.2026 10:00:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved