Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Özüm şoka düşdüm ki, tarixə adımı yazdırmışam" – İlk qız dünya çempionumuz
    29.08.2023 16:32:15

    Xədicə Qədəşova. Bu ad ilin əvvəlində bir çoxları üçün heç nə deməsə də, artıq Azərbaycanın qız/qadın cüdosu tarixində dünya çempionu olmuş ilk şəxs kimi çox şey deyir. Yeniyetmə qız cüdoçumuz bu il qatıldığı 7 beynəlxalq turnirin 6-dan medalla Azərbaycana dönməyi bacarıb. Halbuki ilin əvvəli onun üçün uğurlu başlamamışdı. Martda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Avropa Kubokunda medal qazana bilməmişdi.

    Apreldə Teplitse (Çexiya), mayda Göygöl (Azərbaycan) və Byelsko-Byavada (Polşa) keçirilmiş Avropa Kuboklarında qazanılan 1 bürünc və 2 gümüş medal, ardınca iyunda Odivelasdakı (Portuqaliya) yeniyetmələrin Avropa çempionatında 3-cülük də hələ onun haqda qəti söz deməyə imkan vermirdi. Ancaq iyulda Mariborda (Sloveniya) keçirilmiş Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanın qazandığı 3 qızıl medaldan 1-nin onun payına düşməsi diqqətləri bu qızın üzərinə yönəltdi. Nəhayət Xədicə martda Zaqreb uğursuzluğunu həmin şəhərdə bu ay keçirilmiş yeniyetmələrin dünya çempionatı ilə sığortaladı. Özü də 2 medalla. Həm fərdi olaraq 52 kq-da qızıl, həm də komanda yarışında gümüş medal qazandı.

    Prosport.Az adını dünya çempionu olmaqla Azərbaycan cüdosu tarixinə yazdıran Xədicə Qədəşovadan eksklüziv müsahibə götürüb:

    – Özünüz haqda məlumat verərdiniz...
    – Hazırda 17 yaşım var. Rusiyanın Saratov şəhərində anadan olmuşam. Sentyabrda 7 olacaq ki, cüdo ilə məşğul oluram.

    – Hələ Avropa Gənclər Olimpiya Festivalında çempion olan vaxt Milli Olimpiya Komitəsinə verdiyiniz müsahibə diqqətimi çəkmişdi. Rus dilində danışırsınız. Oxucularımıza aydın olsun deyə, milliyyətinizi də açıqlayardınız.
    – Azərbaycan mənim vətənimdir. Özüm azərbaycanlıyam. Valideynlərim Sumqayıtda doğulub, böyüyüb, orada da tanış olub, evləniblər. Daha sonra Rusiyaya köçüblər.

    – Cüdoya sizdə marağı kim formalaşdırıb? Nə cüdoda olmağınıza təsir edib?
    – Atam yeniyetmə yaşlarında cüdo ilə məşğul olub. Bu səbəbdən atam məni uşaq yaşlarında cüdoya yazdırıb. Xasiyyətcə sakit qız olmadığımdan, bir yerdə dayanmırdım. Özüm də bu idmanda olmağa pis yanaşmamışam. Üstəlik, Olimpiya Oyunları mənə bu idman növünə maraq göstərməyimə çox təsir edib. Şəxsən 2016-cı ildəki Olmpiadaya baxmışam. Rüstəm Orucovun yarımfinal görüşünü (israilli Saqi Mukini ippona saldığı görüş – red.) izləmişdim. Həmin vaxtdan cüdonu çox bəyənmişdim.

    – Neçə yaşdan cüdo ilə məşğulsunuz?
    – 10 yaşımdan. Saratovdakı "Bars" klubunda idmana yazılmışam. İlk məşqçim Levan Davitaşvili olub.

    – Bəs indi hansı klubda məşq keçirsiniz?
    – Hazırda yığmada olmayanda "Atilla" klubunda məşq keçirəm. Elnur müəllimin (yeniyetmələrdən ibarət qız millimizin baş məşqçisi Elnur İsmayılovu nəzərdə tutur – red.) rəhbərliyi altında hazırlaşıram.

    – Bəs sizi Azərbaycana hədiyyə edən kim olub?
    – Azərbaycan yığmasında iştirak etməkdə özümüz də maraqlı idik. Amma deməliyəm ki, bu məsələnin alınmasında Nazim Umbayevin (beynəlxalq dərəcəli hakimdir – red.) rolu olub.

    – Rusiya cüdosu Azərbaycanınkından nə ilə seçilir?
    – Azərbaycan сüdosu cəsarətli olmağı sevir. Burada güləşərkən cəld olmalısan. Rusiya cüdosu isə sakit güləşməyə üstünlük verir. Sözün açığı, mənim ürəyimə Azərbaycan cüdosu daha yaxın gəlir.

    – Yeniyetmələr arasında dünya çempionu oldunuz. Soyuq başla təəssüratlarınızı öyrənək...
    – Danışmaq çətindir. Kifayət qədər səhvlərim vardı. Hər qalib gəldiyin görüşdə belə ideal olmaq mümkün deyil. Keçirdiyim görüşlərin hər birində səhv tapmaq mümkündür. Amma ümumilikdə dünyanın ən güclüsü olduğumdan, nəticəm məni razı salır.

    – Əvvəldən qadın cüdosunda dünya çempionumuzun olmadığını bilirdiniz?
    – Xeyr, bunu bilmirdim. Yalnız dünya çempionu olduqdan sonra bunu mənə dedilər. Özüm şoka düşdüm ki, tarixə adımı yazdırmışam (gülür).

    – Növbəti planlar nədir?
    – Sentyabrda Niderlandın Haaqa şəhərində keçiriləcək gənclərin Avropa çempionatında iştirak edəcəyəm. Əgər orada da yaxşı çıxış etsəm, oktyabrda Portuqaliyanın Odivelas şəhərində baş tutacaq gənclər arasındakı dünya çempionatına da aparılacağam.

    – Artıq dünya çempionusunuz. Öz yaşıdlarınıza nəyi məsləhət görərdiniz?
    – Onlara öz işlərini sevməyi, əmək sərf etməyi arzu edirəm. Yeri gəlmişkən, bizə hərtərəfli dəstək olan Azərbaycan Cüdo Federasiyasına da təşəkkürümü bildirirəm. Onlar bizi yaxşı kimano, geyimlərlə təchiz edir. Mənəvi və fiziki cəhətdən bizə dəstək olurlar. Ümumiyyətlə, mənə dəstək olan hamıya təşəkkür edirəm. Şadam ki, mən burdayam və fəxrlə deyə bilərəm ki, Azərbaycanı təmsil edirəm. Bundan sonra da elə edəcəyəm ki, Azərbaycanın bayrağını ən yüksək zirvədə dalğalandırım.

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Müsahibə

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA reytinqi: Millimiz yeriində saydı

    20.10.2026 13:49:51

    Azərbaycan klubunun avrokubok oyunu təxirə salındı

    20.10.2026 13:36:38

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved