“Qarabağ” qvineyalı hücumçu Benqali-Fode Koyta üçün Türkiyənin “Trabzonspor” klubuna yeni təklif göndərib.
Prosport.Az xəbər verir ki, Türkiyə mətbuatının iddiasına əsasən, mövsümün əvvəlindən 32 yaşlı futbolçunun keçidində maraqlı olan Azərbaycan təmsilçisi yayda bu transferi reallaşdırmaq niyyətindədir. İcarə əsasında Super Liqanın digər komandası “Kasımpaşa”da çıxış edən Koytanı “Trabzonspor” rəhbərliyi də satmağı planlaşdırır.
Qeyd edək ki, Benqali-Fode Koytanın “Trabzonspor”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, cari mövsüm cəmi 10 oyuna çıxa bilib və 2 qol vurub. Hücumçunun aktivində 4 sarı vərəqə var.

