21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iyun ayında 2 yoxlama oyunu keçirəcək.
Prosport.az xəbər verir ki, komanda Türkiyə və Qırğızıstanla qarşılaşacaq.
Türkiyə ilə oyun iyunun 17-də İstanbulda, Qırğızıstanla görüş isə 3 gün sonra Bakıda təşkil olunacaq.

