Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "VAR sistemi olmadığına görə penalti verilmədi" – Ərən Aydın
    31.07.2026 11:19:31

    UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında "Zirə" doğma meydanda Estoniya təmsilçisi "Payde" 1:1 hesablı heç-heçə edərək avrokuboklarla vidalaşıb.

    Matçdan sonra "Zirə"nin futbolçusu Ərən Aydın Prosport.Az-a müsahibə verib.

    – Eren, keçmiş olsun. İlk qolu siz vurdunuz. Amma sonda komandanız məğlub olaraq mübarizəni dayandırdı. Oyun barədə nə düşünürsünüz?
    – Futbolun ən pis tərəfi də budur. Çoxlu qol epizodları yaratdıq, saysız-hesabsız imkanlarımız oldu. Çoxlu qol şansı qaçırdıq. 2 topumuz dirəkdən qayıtdı. Top sanki qapıya girmək istəmirdi. İlk oyunda da 1 topumuz dirəyə dəymişdi, qaçırdığımız epizodlar olmuşdu. Çox yaxşı futbol oynadıq, amma Allah belə qismət edib. Edəcək bir şey yoxdur. İndi növbəti oyunlara və liqaya köklənmək istəyirik.

    – Avrokuboklara son anda vəsiqə qazandınız. Əslində "Turan Tovuz" getməli idi, amma siz getdiniz. Bu amil sizi hazırlıqsız yaxaladımı?
    – Əslində, bir qədər hazırlıqsız yaxalandıq. Amma toplanışı yaxşı keçirdik, baxımlı futbol oynadıq. Düşünürəm ki, ötən illə müqayisədə daha yaxşı oyun sərgilədik. Çox yaxşı çalışdıq. Sadəcə, qismət belə imiş. İndi növbəti oyunlara hazırlaşmaq istəyirik. Yaxşı futbol oynadıq. Rəqibin 2 təhlükəli epizodu oldu. Biri dirəyə dəydi, biri isə qol oldu. Mən hələ də düşünürəm ki, məğlubiyyətə layiq deyildik. Rəqibi təbrik edirəm. Öz gücləri hesabına mübarizə aparıb mərhələ keçdilər. Onlara növbəti oyunlarda uğurlar arzulayıram.

    – Əvəzlənməyiniz nə ilə bağlı idi? Öz istəyiniz idi, yoxsa hər hansı probleminiz var idi?
    – Futboldur. Bir qədər yorulduğumu düşünürəm. Bu, məşqçimizin qərarı idi və biz onun qərarına sonadək hörmətlə yanaşırıq. Nəticədə qərarı verən baş məşqçidir.

    – Deməli, səhhətinizlə bağlı problem yoxdur?
    – Yox. Sadəcə, bir qədər yorğunluq var idi. Məşqçi də məni əvəzlədi.

    – Oyunun sonunda top rəqib oyunçusunun əlinə dəydi, amma hakim penalti vermədi. Hakim idarəçiliyini necə qiymətləndirirsiniz?
    – Məncə, hakim oyunboyu lazım olan və olmayan epizodlarda tez-tez fit çalırdı. Demək olar ki, hər təmasda qayda pozuntusu qeydə alırdı. Son epizodda isə düşünürəm ki, hakim əllə oyunu görmədi. Biz ehtiyat oyunçular skamyasında topun ələ dəydiyini gördük. Amma VAR sistemi olmadığı üçün penalti verilmədi. Hakimin qərarına hörmətlə yanaşmaq lazımdır.

    – Azərbaycan Premyer Liqasının başlamasına təxminən 2 həftə qalıb. Bu məğlubiyyət komandaya psixoloji təsir etməyəcək?
    – Əlbəttə, hamımız çox üzgünük. Bu mərhələni keçəcəyimizə inanırdıq. Düşünürəm ki, rəqib bizdən üstün komanda deyildi. Amma futbol belədir. İndi qabağa baxmalıyıq. Qarşıda 2 həftəmiz var və bu müddətdə yaxşı hazırlaşmalıyıq. Liqaya yaxşı köklənməliyik. Keçən il ilk "4-lüy"ə düşə bilmədik, bu il isə hədəfimiz "3-lük"də yer almaq olmalıdır. Qarşıda çempionat oyunları var və hər kəs öz üzərinə düşəni etməlidir.

    – Dirəyə dəyən top qol olsaydı, hər şey fərqli alına bilərdimi?
    – Açığı, mən həmin epizodda topun qapıya girdiyini düşündüm və qol sevincini yaşamağa başlamışdım. Amma top içəri girmədi. Əlbəttə, həmin top qol olsaydı, hesab 2:0 olacaqdı və bu, böyük üstünlük idi. Üstəlik, ilk hissədə də 2-3 çox yaxşı qol epizodumuz var idi. Onlardan istifadə edə bilmədik. Bu gün alınmadı. Edəcək bir şey yoxdur. Hamımız çox üzgünük.

    – Komanda əlavə vaxta və ya penaltilər seriyasına hazır idi?
    – Əslində, biz işi 90 dəqiqə ərzində həll etmək istəyirdik. Amma alınmadı. Hesabda 1:0 öndə olduğumuz vaxt da çoxlu qol epizodlarımız var idi, onları dəyərləndirə bilmədik. Rəqib isə gəldi və bir epizodda qolunu vurdu. Futbol belədir, belə hallar həmişə olur. Artıq önümüzə baxmalı və qarşıdakı oyunlara hazırlaşmalıyıq.

    Bahar Rüstəm

    Futbol

    "Suraxanıda verilən ərazinin rəsmi sənədləşmə ərəfəsindəyik" – Aftandil Hacıyev

    15.08.2026 15:50:46
    Müsahibə

    “Əsas heyətə düşmək üçün çox çalışıram” – Musa Qurbanlı

    14.08.2026 11:47:50
    Müsahibə

    "Mənim üçün Ağstafadan gələnlər vardı" – Pərviz Nəsibovun qardaşı ilə MÜSAHİBƏ

    13.08.2026 10:20:32
    Futbol

    "Onları hansısa səhvinə görə qınamırıq, əksinə, dəstəkləyirik" – "Qarabağ"ın baş məşqçisi

    13.08.2026 09:30:05
    Müsahibə

    “Azərbaycanla idman sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir” – İranlı nazir

    7.08.2026 20:25:49
    Güləş

    “İstərdim ki, dünya çempionatında hər güləşçimiz medal qazansın” – Hacı Əliyev

    2.08.2026 22:36:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "50 futbolçu sifariş edib fərqli heyətlər qura bilmərik" - Valdas Dambrauskas

    15.08.2026 23:41:49

    "Bu gün hesab daha böyük olsaydı, istefa verməzdim" - Azər Məmmədov

    15.08.2026 23:30:41

    Anatoli Nuriyevin qolu komandasını xilas etmədi

    15.08.2026 23:13:51

    Son çempion mövsümə qələbə ilə başladı - VİDEO

    15.08.2026 22:44:23

    “Qarabağ” “Dinamo” ilə hər iki oyunda məğlub oldu – FOTOLAR

    15.08.2026 22:17:40

    "Sumqayıt" braziliyalı futbolçu transfer etdi

    15.08.2026 22:17:15

    "Burada heç kim sənə güzəşt etmir" - Fərid Namazov

    15.08.2026 21:45:05

    "Növbəti oyunlarda real gücümüzü göstərəcəyik" - Cavid Hüseynov

    15.08.2026 21:35:30

    "Araz-Naxçıvan"da yeni baş məşqçi – Amma...

    15.08.2026 21:10:51

    Azərbaycan Premyer Liqasında mövsümün ilk heç-heçəsi – YENİLƏNİB + VİDEO

    15.08.2026 20:35:29

    Şeydayevin komandasının oyunu dron təhlükəsinə görə təxirə salındı

    15.08.2026 20:17:51

    “LANDAU Layns” Ərhan Tokərlə yola davam edəcək

    15.08.2026 19:51:13

    “Sabah” amerikalı oyunçu ilə müqavilə imzaladı

    15.08.2026 19:21:28

    “Neftçi” 1/4 finala yüksəldi

    15.08.2026 19:13:02

    İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

    15.08.2026 18:46:47
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved