Azərbaycan Premyer Liqası üçün “APL Fantasy” tətbiqinin təqdimatı keçirilib.
Prosport.Az xəbər verir ki, “Radisson” otelində baş tutan tədbirə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı direktor Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev texniki direktor Elgiz Abbasov və digər rəsmi şəxslər qatılıb.
Tədbirdə əvvəlcə Cahangir Fərəcullayev çıxış edib. Funksioner layihənin faydalarından söz açıb, iştirakçılara uğurlar arzulayıb. Daha sonra PFL-in texniki direktoru Elgiz Abbasov layihə haqqında məlumat verib.
Tətbiqin qurucusu Ziya Əsgərov isə istifadə qaydalarından söz açıb.

