Azərbaycan klubları avrokubokların ilk iki təsnifat mərhələlərində UEFA reytinqinə 2,625 xal qazandırıb.
Prosport.Az xəbər verir ki, bu, ölkə futbolu tarixində ilk 2 mərhələ üçün ən yaxşı nəticədir.
İndiyədək təmsilçilərimiz ilk 2 raundda ən yaxşı nəticəni 2017/2018 mövsümündə göstərmişdi. Həmin vaxt bu göstərici 2,250-yə bərabər olub.
Qeyd edək ki, cari mövsümdə ölkəmiz üçün "Sabah" 1,000, "Qarabağ" 0,750+, "Zirə" 0,625 xal, "Neftçi" 0,250 əldə edib.

