UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab matçları keçirilib.
Prosport.Az xəbər verir ki, Polşanın “Rakuv” klubu səfərdə Maltanın “Valletta” komandasının qonağı olub. Rəqibini cavabsız 4 qolla darmadağın edən Çenstoxova təmsilçisi 2 oyunun nəticəsinə (7:1) görə rahatlıqla növbəti raunda vəsiqə qazanıb.
Milli komandamızın hücumçusu Mahir Emreli də bu qarşılaşmada iştirak edib. 29 yaşlı forvard matçın 68-ci dəqiqəsində Tomas Pyenkonu əvəzləyərək yaşıl meydana ayaq basıb.

