Bolqarıstanın MOİK klubunun baş məşqçisi Xristo Yanev Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”a penaltilər seriyasında (əsas və əlavə vaxt 0:0) qalib gəldikləri oyunu şərh edib.
Prosport.Az xəbər verir ki, mütəxəssis matçdan sonra bunları deyib:
“Bütün komandamı təbrik edirəm. Yaxşı taktika seçdik və 2 oyunda da çox çalışdıq. Bolqarıstanda necə böyük komandanı məğlub etdiyimizi bilirlərmi? Bilmirəm. Rəqibin 17 illik təcrübəyə sahib baş məşqçisi var. Ötən il Çempionlar Liqasında “Benfika”nı məğlub ediblər, “Çelsi”yə uduzmayıblar”.
