Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "120 dəqiqəlik mübarizə bir qədər ağır oldu" – Qurban Qurbanov
    31.07.2026 02:27:11

    UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində səfərdə Bolqarıstanın ÇSKA klubuna penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandıran “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının nümayiş etdirdiyi xarakterdən razı qaldığını bildirib.

    – İlk növbədə rəqibi təbrik edirəm. Yaxşı qarşılaşma alındı. Bakıda da, burada da vurğulamışdım ki, bərabər gücə malik 2 kollektiv qarşılaşır və yekun hesab da bunu təsdiqlədi. Əlavə şərhə ehtiyac yoxdur. Futbolçularım meydanda böyük əzm göstərdilər və onların mübarizəsindən tam razı qaldım. İnşallah, növbəti matçlara hazırlaşacağıq. Sadəcə, 120 dəqiqəlik mübarizə bir qədər ağır oldu. Heyətin mövcud fiziki durumu əlavə vaxt oynamaq üçün hələ tam kifayət etmirdi, amma hər bir halda, azarkeşlər üçün olduqca maraqlı bir matç alındı.

    – “Qarabağ” 58% topa sahib olaraq üstün oyun nümayiş etdirsə də, bunu qola çevirə bilmədi. Bunun əsas səbəbi nə idi?
    – Müdafiədə çox yaxşı təşkilatlanmış rəqiblə üz-üzə gəldik. Digər tərəfdən, epizodlarda daha dəqiq oynamalı idik. Oyunçular yorğun olanda və ya tam hazır olmadıqda belə texniki səhvlər qaçılmaz olur. Mənim üçün vacib olan futbolçuların sonadək mübarizə aparması idi. İnanıram ki, növbəti görüşlərdə bu çatışmazlıqlar tədricən aradan qalxacaq. Komandada müəyyən yeniliklər də var. Çox kompakt müdafiə olunan kollektivlərə qarşı imkanlarımızın sayını daha da artırmalıyıq ki, qol şansı yarada bilək. Bəzən elə oyunlar olur ki, rəqibin müdafiə səddini yaramaq mümkün olmur.

    – ÇSKA-nın heyətində xüsusi yaddaqalan bir futbolçu oldu?
    – Xüsusi olaraq kimisə fərqləndirmək düzgün olmaz. Rəqibin heyətində kifayət qədər təcrübəli və keyfiyyətli futbolçular var. Ümumilikdə bir-birini yaxşı tamamlayan bütöv bir kollektivə qarşı oynayırdıq.

    – Rəqibin ilk matçla müqayisədə oyun sistemini dəyişməməsi sizin üçün sürpriz olmadı ki? Əvəzlənən hücumçunuz Zakaria Savonun zədəsi nə dərəcədə ciddidir?
    – Açığı, rəqibin öz sistemini dəyişməyəcəyini və daha çox müdafiəyəmeyilli oynayacağını gözləyirdim. Savoya gəlincə, matç çox gərgin və ikili mübarizələrlə yadda qaldı. Yorğunluq da öz sözünü deyirdi və əlavə vaxtda zədələndi. Futbolçular hələ 120 dəqiqəlik ağır yükü daşımağa tam hazır deyil. Savo sürətli oyuna üstünlük verən və çox güc sərf edən futbolçudur, belə oyunçularda zədələnmə riski həmişə yüksək olur. O da belə bir zədə ilə üzləşdi.

    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved