“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Belarusun “Dinamo” (Minsk) klubu ilə neytral meydanda qarşılaşıb.
Matç təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 12-ci dəqiqədə Breno Almeyda vurub.
Qəbələyə baxmayaraq, ilk oyundakı 2:4 hesablı məğlubiyyət səbəbindən "Neftçi" avrokuboklarda mübarizəni dayandırıb.

