"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Sumqayıtda Estoniyanın "Payde" klubunu qəbul edib.
Sumqayıt şəhər stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Nominal meydan sahiblərinin heyətində 5-ci dəqiqədə Eren Aydın adını tabloya yazdırıb. Qonaqlarda isə 71-ci dəqiqədə Henri Anier fərqlənib.
"Payde" evdə 1:0 hesabı ilə qələbə qazandıgı üçün növbəti mərhələyə adlayıb. "Zirə" isə avrokuboklara vidalaşıb.

