UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bolqarıstanda üz-üzə gələcək MOİK və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.
Prosport.Az xəbər verir ki, Sofiyadakı "Vasil Levski” adına Milli Stadionda saat 22:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
MOİK: 21. Fyodor Lapukov, 2. Pastor, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 17. Angelo Martino, 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 6. Bruno Cordao (k), 8. Stefano Sensi, 28. Yoannis Pittas, 9. Leandro Qodoy;
Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 10. Coel Zvarts, 11. Məhəmməd Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leao Pereyra, 77. Alexandro Pyedrahita, 80. Georgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsaak Solet, 99. Ceyms Eto;
Baş məşqçi: Xristo Yanev.
"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 11. Zakariya Savo;
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 5. Bruno Lanqo, 7. Jali Muaddib, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanli, 25. Cebrail Mekreskis, 29. Renaldo Sepas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov;
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, komandalar arasında ilk matç qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0. Bu raundun güclüsü növbəti mərhələdə "Şerif" (Moldova) - "Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

