"Xankəndi" Futbol Klubu yeni mövsümdən etibarən ev oyunlarını doğma şəhərdə keçirəcək.
Prosport.Az xəbər verir ki, komandanın ev stadionu kimi Xankəndi Şəhər Stadionu müəyyənləşdirilib. Bununla bağlı klub ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında müvafiq müqavilə imzalanıb.
Qeyd edək ki, "Xankəndi" ötən mövsüm II Liqanın qalibi olaraq I Liqaya vəsiqə qazanıb və 2026/2027 mövsümündə ev qarşılaşmalarını Xankəndi Şəhər Stadionunda keçirəcək.

