Yeni mövsümdən Premyer Liqaya iddialı olacaq “Ordu” heyətini gücləndirib.
Prosport.Az xəbər verir ki, I Liqa təmsilçisi "Şəfa"da çempion olan bir neçə futbolçunu heyətinə qatıb.
Ruslan Hacıyev, Zahid Mərdanov, Elvin İsmayilov və Emin Zamanov bundan sonra "Ordu"da oynayacaq.
Onlarla yanaşı, son mövsümü "Səbail"də keçirmiş Yusif Nəbiyev və Kamran Quliyev də "Ordu" ilə müqavilə imzalayıb.

