Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    Kenan Piriçin menecerindən "Neftçi" ilə bağlı ittihamlar – MÜSAHİBƏ
    30.07.2026 14:44:17

    “Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda Belarusun “Dinamo Minsk” klubuna 2:4 hesabı ilə məğlub olmasından sonra komandanın qapıçısı Kenan Piriçin meneceri Admir Husariçin azərbaycanlı qolkiperlərlə bağlı səsləndirdiyi fikirlər futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. O, sosial şəbəkədə etdiyi paylaşımda xüsusilə Emin Balayev və Rza Cəfərovu sərt tənqid edib, Piriçin ehtiyatda qalmasını haqsız qərar adlandırıb.

    Prosport.Az xəbər verir ki, məsələ ilə bağlı teleqraf.az-a danışan Admir Husariç səsləndirdiyi fikirlərin səbəbi, Kenan Piriçin hazırkı vəziyyəti və “Neftçi”də baş verənlərlə bağlı məsələlərə aydınlıq gətirib.

    – Bildirmisiniz ki, qapıçı Emil Balayev və Rza Cəfərov “Neftçi”ni məhv etdilər, Azərbaycan qapıçıları 4-cü liqa səviyyəsindədirlər. Piriçi onların yanında Boeing 747-ə bənzədərək haqsız yerə komandadan uzaqlaşdırıldığını iddia edirsiniz. Paylaşımlarınız birmənalı qarşılanmadı…

    – Bu, mənim şəxsi fikrimdir. 27 ildir futbol meneceri kimi çalışıram. Bundan əvvəl Premyer Liqada gənclər akademiyasının rəhbəri olmuşam, daha sonra isə 4 il Belçikanın “Gent” klubunda skaut kimi fəaliyyət göstərmişəm. Buna görə də futbolçunun keyfiyyətini tanımaq və qiymətləndirmək təcrübəm var. Mən düşünürəm ki, onlar Piriçi qəsdən kənarlaşdırıblar. Bu, mənim fikrimdir və mənim belə düşünməyə haqqım var.

    – “Azərbaycan qapıçıları” deyərkən konkret “Neftçi”nin qapıçılarını nəzərdə tuturdunuz, yoxsa bunu bütün qapıçılara şamil edirsiniz?

    – Mən ümumilikdə bütün Azərbaycan qapıçılarını nəzərdə tuturdum. Xüsusilə Konfrans Liqasının son oyununda çıxış edən 2 qapıçını vurğuladım. Hesab edirəm ki, Kenan onlardan 2 səviyyə üstündür.

    Çünki o, “Neftçi”yə gəlməzdən əvvəl Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında, o cümlədən qrup mərhələlərində çıxış edib. Həmin turnirlərdə ən yaxşı qapıçılar sırasında yer alıb. Daha sonra Kipr çempionatının ən yaxşı qapıçısı seçilib və Türkiyə Superliqasında “Antalyaspor” klubuna transfer olunub. Belə karyeraya malik qapıçını ehtiyatda saxlamaq, əvəzində isə karyerasında geriləyən qapıçılara üstünlük vermək mənə görə məntiqli deyil.

    Azərbaycan futbolunun və milli komandanın səviyyəsinə baxanda, UEFA və FIFA reytinqlərində 4-cü səbətdə yer alması mənim haqlı olduğumu göstərir.

    - Sizin bu açıqlamanız tənqiddən çox təhqir kimi qarşılandı…

    - "Neftçi”nin bütün azarkeşlərinə və din qardaşlarıma salamlarımı çatdırıram. Ümid edirəm ki, fikirlərimə görə məndən inciməzlər. Hər zaman açıq danışan və tənqidi yanaşan insan olmuşam. Bu yanaşmanı həm təmsil etdiyim futbolçulara, həm də digərlərinə qarşı göstərirəm.

    – Piriçin komandadan qəsdən uzaqlaşdırıldığını iddia edirsiniz. Nəyə əsasən belə düşünürsünüz?

    – Klub rəhbərliyindən heç kim onu çağırıb əsas qapıçı mövqeyindən niyə uzaqlaşdırıldığını izah etməyib. Sevinirəm ki, klubdakı bəzi oyunçular Kenanı dəstəkləyir. Onlar da bu vəziyyətə təəccüblənirlər və Piriçin niyə meydana çıxmadığını özləri üçün də anlaşılmaz hesab edirlər. Kenan da bu vəziyyətdən çox məyusdur. O, çox yaxşı və tərbiyəli oğlandır. Susur və işini görür.

    – Ötən mövsüm “Neftçi”nin əsas qapıçısı olduğu halda necə oldu ki, ehtiyata düşdü?

    – “Qarabağ”la 1:5 hesablı məğlubiyyətdən sonra baş məşqçi onunla danışıb. Deyib ki, psixoloji baxımdan onu bir oyunluq dincəlməyə göndərir və sonra yenidən əsas heyətə qaytaracaq. Hətta məşqçi Kenanın liqanın ən yaxşı qapıçısı olduğunu söyləyib. Amma sonradan onu qapıya qaytarmadı.

    – Səbəb böyükhesablı məğlubiyyət və buraxılan 5 qol ola bilərdi?

    – Xeyr. Kenan həmin oyunda buraxılan qolların heç birində günahkar deyildi. Həmin matçda səhvləri mərkəz və cinah müdafiəçiləri etmişdilər.

    – Ola bilərmi ötən mövsümün ikinci yarısında buraxılan qollar, daha sonra Emil Balayevin səhvsiz oyunu Yuri Vernidubun qərarlarını dəyişdi?

    – Mən belə düşünmürəm. Əksinə, “Dinamo Minsk”lə oyunda məhz qapıçının səhvləri nəticəyə təsir etdi. Mən və agentliyimizdə çalışan skaut “Neftçi”nin bütün oyunlarını detallı şəkildə izləyir və təhlil edirik.

    Əgər Kenan həmin oyunda qapıda olsaydı, nəticə fərqli olardı. Məncə, Balayev buraxılan qolda günahkar idi. Hətta bundan sonra guya zədəsini simulyasiya etdi ki, fasilədə əvəzlənsin.

    – Bəs cavab görüşündə Piriçə şans veriləcəyinə inanırsınız?

    – İndi görəcəyik ki, klub necə reaksiya verəcək. Həmin qapıçılarla bağlı hansısa qərar veriləcəkmi və Piriç yenidən qapıya qaytarılacaqmı? Balayevin və Cəfərovun bu qədər zəif çıxışlarından sonra Piriçin yenidən qapıya qayıtması real və məntiqlidir. Şans verilməsə, məşqlərini davam etdirəcək və öz vaxtını gözləyəcək.

    – Kenan Piriçin səviyyəcə üstün olduğunu düşünürsünüzsə, nə üçün Azərbaycana transferinə razılıq verdiniz və hazırkı taleyi ilə barışmısınız?

    – Biz “Antalyaspor”dan maaşların ödənilməməsinə görə ayrıldıq. FIFA-ya müraciət etdik və məhkəmə işini qazandıq. “Neftçi”ni seçməyimizin iki səbəbi var idi. Birincisi, “Qarabağ”la birlikdə Azərbaycanın ən böyük klublarından biri olması, ikincisi isə yaxşı maliyyə şərtləri. “Neftçi”yə gəlməzdən əvvəl AEK Larnakadan da təklifimiz var idi. Amma onların maliyyə təklifi “Neftçi”nin təklifindən iki dəfə aşağı idi. Futbol biznesdir və ilk növbədə maliyyə amilini nəzərə almaq lazımdır.

    – Bütün bunlardan sonra futbolçu “Neftçi”dən ayrılmağı düşünür? Ümumiyyətlə, təkliflər olub?

    – Təklif olmayıb. Çünki hamı bilir ki, onun 2027-ci ilə qədər qüvvədə olan müqaviləsi var.

    Əgər gələcəkdə transfer haqqını ödəyə biləcək bir klub ortaya çıxsa, əlbəttə ki, danışıqlar apararıq. Amma bu, yalnız “Neftçi”nin razılığı ilə mümkündür.

    – Klub rəhbərliyi ilə bu məsələni müzakirə etmisiniz?

    – Kenanı “Neftçi”yə gətirəndə mənimlə klubun idman üzrə müşaviri Kamil Məmmədov əlaqə saxlamışdı. Bütün detalları onunla razılaşdırmışdıq. Daha sonra Kenanın hazırda üzləşdiyi vəziyyətlə bağlı Kamillə danışdım. O mənə dedi ki, bu məsələyə məşqçi qərar verir və futbolçunun vəziyyəti və klubdakı statusu ilə bağlı məşqçi ilə danışa bilər.

    – “Dinamo Minsk”lə cavab oyununda “Neftçi”nin mərhələ adlamaq şansını necə dəyərləndirirsiniz?

    – Hesab edirəm ki, “Neftçi” daha keyfiyyətli komandadır. Düzgün taktika ilə oynasa, geridönüş edib növbəti mərhələyə yüksələ bilər. Amma əsas problem müdafiənin son xəttidir. Bakıdakı ilk oyunda etdikləri səhvləri təkrarlamamalıdırlar. Ümid edirəm ki, “Neftçi” növbəti mərhələyə yüksələcək.

    Müsahibə

    Kenan Piriçin menecerindən "Neftçi" ilə bağlı ittihamlar – MÜSAHİBƏ

    30.07.2026 14:44:17
    Müsahibə

    "Ailə vəziyyətimə görə yerli klubların təklifini qəbul etmədim" - Anatoli Nuriyev

    30.07.2026 14:14:32
    Müsahibə

    “Bakıda bizi çox yaxşı qarşıladılar” – Erməni dünya çempionu

    29.07.2026 20:45:32
    Müsahibə

    “Dünya çempionatında qızıl medal qazanmaq istəyirdim” – Elmir Çərkəzov

    29.07.2026 19:32:07
    Güləş

    “Qızıl medalı səhvlərə görə əldən verdim” – Abdulrəhman Hüseynli

    29.07.2026 19:09:49
    Güləş

    “Məğlub olsam da, həvəsdən düşməyəcəyəm” – İsfahan Həsənov

    28.07.2026 20:53:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Dünya çempionatının 3 oyununu idarə etmiş hakim Bakıya gəlir

    30.07.2026 15:12:07

    Kenan Piriçin menecerindən "Neftçi" ilə bağlı ittihamlar – MÜSAHİBƏ

    30.07.2026 14:44:17

    "Ailə vəziyyətimə görə yerli klubların təklifini qəbul etmədim" - Anatoli Nuriyev

    30.07.2026 14:14:32

    "Qarabağ"a 1-2 qol vurub, mərhələ keçmək mümkündür" - MOİK-in sabiq prezidenti

    30.07.2026 13:52:43

    "Srvena Zvezda", "Dinamo", "Seltik" və digərləri – "Sabah"ın potensial rəqibləri

    30.07.2026 13:10:26

    Azərbaycanda 2 futbolçu ağır qəzada öldü

    30.07.2026 13:10:00

    Azərbaycan klubu legioneri ilə müqaviləni yenilədi

    30.07.2026 12:44:25

    "Kəpəz" növbəti transferini reallaşdırdı - VİDEO

    30.07.2026 12:12:56

    "Bəlkə də "Neftçi"nin futbolçuları dünya çempionatını qəlyan çəkə-çəkə izləyib" – Veteran qapıçı

    30.07.2026 11:42:48

    Braziliya klubu "Qarabağ"a "yox" dedi

    30.07.2026 11:17:23

    Dünya çempionatı: Daha 5 qadın güləşçimiz xalça üzərinə çıxır

    30.07.2026 10:56:07

    "Zirə" Estoniya klubuna qarşı, "Neftçi" möcüzə axtarışında

    30.07.2026 10:29:59

    Avropa Liqası: "Qarabağ" Sofiya səfərində

    30.07.2026 10:00:35

    Çempionlar Liqası: "Sabah"ın rəqibi dəqiqləşdi

    30.07.2026 00:01:44

    "Futbolçulardan yeganə istəyim kişi kimi mübarizə aparmalarıdır" - Yuri Vernidub

    29.07.2026 23:45:24
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved