MOİK klubunun və Bolqarıstan Futbol İttifaqının keçmiş prezidenti Valentin Mixov UEFA Avropa Liqasının II təsnifat mərhələsində bu gün "Qarabağ"a keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, keçmiş funksioner ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:
“Qarabağ” yaxşı komandadır, ancaq MOİK onları məğlub edə bilər. Bakıda da yaxşı oynadılar. Düşünürəm ki, 1-2 qol vurub, mərhələ keçmək mümkündür. Komandaya inanmalıyıq. Mütləq qələbə lazımdır”.
Qeyd edək ki, MOİK – “Qarabağ” oyununa saat 22:00-da start veriləcək. Bakıdakı ilk matçda hesab açılmayıb.

