"Zirə"dən ayrılan Anatoli Nuriyevin yeni klubu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını ölkə xaricində davam etdirəcək.
Azərbaycan millisinin üzvü Macarıstanın "Kişvarda" klubu ilə müqavilə imzalayıb. Bu barədə yüksək liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sərbəst futbolçu statusunda "Kişvarda"ya qoşulan yarımmüdafiəçi yeni komandasında 7 nömrəli formanı geyinəcək. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Anatoli Nuriyev bu ilin fevralında "Zirə"yə keçmişdi. Hücumameyilli yarımmüdafiəçi Bakı klubunda 13 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, "Zirə"dən öncə "Sabah"ın da formasını geyinib.

