Yay fasiləsində “Qarabağ”dan ayrılan və dünən Belçikanın “Leuven” klubu ilə müqavilə imzalayan Emmanuel Addai yenidən komandasını dəyişə bilər.
Prosport.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu bu ölkənin “Konyaspor” klubunun da maraq dairəsindədir.
Superliqanın növbəti mövsümünü uğurlu keçirmək istəyən konyalılar Addaini hələ “Qarabağ”da olarkən istəmişdilər. Qanalı forvarddan əl çəkməyən Türkiyə klubu onu "Lüven"dən 1 illik icarəyə götürmək niyyətindədir. Bu baş verərsə, futbolçu Belçika klubunda debüt etməmiş Türkiyəyə köçəcək.
Qeyd edək ki, Emmanuel Addai “Leuven”lə 3 illik müqavilə imzalayıb. O, 2024-2026-cı illərdə “Qarabağ”da oynayıb.

