Bakıda keçirilən şahmat üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.
Prosport.Az xəbır verir ki, çempionluq və III yer uğrunda mübarizə aparan şahmatçılar medalların taleyinə tay-brekdə aydınlıq gətirəcək.
Finalda norveçli Maqnus Karlsenlə hindistanlı Rameşbaba Praqnananda qarşılaşacaq. Onların əvvəlki 2 duelində heç-heçə qeydə alınıb.
Azərbaycan şahmatçısı Nicat Abbasov isə bürünc medal uğrunda mübarizədə ABŞ təmsilçisi Fabiano Karuanayla qarşılaşacaq. Abbasov ilk görüşdə
Karuanaya qalib gəlsə də, 2-ci oyunda rəqibinə uduzub. Nicat Abbasov qalib gələcəyi halda, şahmat tacı uğrunda İddiaçılar Turnirinə də vəsiqə qazanmış olacaq.
