Azərbaycanın U-21 yığmasının üzvü, bu yay "Pafos"a transfer olan Murad Məmmədov komandasını dəyişə bilər.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi icarəyə verilə bilər. Onun xidmətində maraqlı olan komandalar az deyil.
Bura “Riqa” və “Omoniya” (Aradippu) daxildir. Onu istəyən klublar futbolçunu bu yay heyətinə qatmaq niyyətindədir.
"Pafos"un onu icarəyə verib-verməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, 20 yaşlı futbolçunun Kipr klubu ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.

