Yeni mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" bu gün növbəti yoxlama oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, Azər Məmmədovun komandası Qəbələ şəhər stadionunda Qətərin II Liqa təmsilçisi "Əl-Xaraitiyat" klubu ilə üz-üzə gələcək. Oyun saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Kəpəz" buna qədər "Şamaxı" və "Sumqayıt"la qüvvəsini sınayıb. Hər iki oyunda qolsuz heç-heçə ilə başa çatıb.

