"Sabah" Aaron Maluda ilə vidalaşıb.
Prosport.Az "L Ekip"ə istinadən xəbər verir ki, fransalı futbolçu karyerasını "Bazel"də davam etdirəcək.
Vingeri tanınmış kluba satan "Sabah" bu keçiddən 3 milyon avro qazanacaq.
Qeyd edək ki, "bayquşlar" Aaron Maludanı "Lill"dən transfer etmək üçün cəmi 250 min avro xərcləmişdi.

