Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qurban Qurbanov bu komandanı sıfırdan qurub" - Simeon Slavçev
    28.07.2026 14:10:42

    "2 komanda arasında çoxlu müqayisələr aparmaq olar".

    Prosport.Az xəbər verir ki, bunu Bolqarıstan millisinin sabiq futbolçusu Simeon Slavçev keçmiş klubu "Qarabağ"ın MOİK-ə (Sofiya) qarşı keçirəcəyi UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü barədə danışarkən deyib. 

    Hazırda yerli "Minyor Pernik" komandasında çıxış edən 33 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinin fəaliyyətini yüksək qiymətləndirib: “Qarabağ” Azərbaycanın simvoludur, çoxları bu komandaya azarkeşlik edir. Amma azarkeşlərin sayı və dəstək baxımından onu heç bir halda MOİK-lə müqayisə etmək olmaz. Qurban Qurbanov 15 ildən artıqdır ki, klubda baş məşqçi işləyir. Əvvəllər o da hazır deyildi. Amma indi öz oyun üslubunu formalaşdırıb, komandanı sıfırdan qurub. Transferlər, klubun siyasəti, məşq metodları – demək olar ki, hər məsələdə onun söz haqqı var. “Qarabağ”da kimlik və üslub var, xaos yoxdur. Komandanın hər səviyyəsində sabitlik hökm sürür və nəticə gözlənilir. “Qarabağ” isə Avropada nəticə qazana bildiyini göstərir. Üstəlik, klubun büdcəsi o qədər də böyük deyil”.

    Təcrübəli oyunçu MOİK-in inkişaf istiqamətinə də toxunub: “MOİK-in belə maliyyə imkanları ilə düzgün istiqamətdə addımlar atması – stadion, uşaq və gənclər akademiyası, məşq bazası yaratması yaxşı haldır. Bundan sonra futbolçulara, məşqçiyə və gələcək uğurlara baxmaq lazımdır”.

    Slavçev Bakıdakı ilk oyundan əvvəl də 0:0 hesabının MOİK üçün müsbət nəticə ola biləcəyini söylədiyini xatırladıb. O, cavab qarşılaşmasında azarkeş amilinin də mühüm rol oynayacağını vurğulayıb: “Bakıdakı oyunla bağlı demişdim ki, 0:0 hesabı indiki vəziyyətlə müqayisədə MOİK üçün müsbət nəticə olardı. Azarkeşlər stadionu doldurub yaxşı atmosfer yaratsalar, bu, futbolçulara fərdi olaraq kömək edə bilər. Bu oyunu maraqlı edən məqamlardan biri də Qurban Qurbanovun futbolçuları və oyun üslubunu çox detallı təhlil etməsi, taktiki tələlər qurmağı bacarmasıdır. Eyni zamanda, ikinci oyundan sonra necə yanaşma seçəcəyinə baxmaq lazımdır. O, rəqibi taktiki cəhətdən üstələyib qalib gəlməyə çalışacaq, yoxsa 0:0 hesabını qoruyub əlavə vaxt və penaltilər seriyasına ümid edəcək”?

    Qeyd edək ki, MOİK və “Qarabağ” arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu iyulun 28-də Sofiyada keçiriləcək. İlk qarşılaşmada komandalar Bakıda 0:0 hesablı heç-heçə edib.

    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved