Futbol üzrə dünya çempionatında vurulan ən yaxşı qol müəyyənləşib.
Prosport.Az xəbər verir ki, FIFA-nın keçirdiyi azarkeş səsverməsinin nəticələrinə əsasən, mundialın ən yaxşı qolunun müəllifi Kabo Verde millisinin müdafiəçisi Sidni Kabral olub.
O, 1/16 final mərhələsində Argentina ilə oyunda (2:3, əlavə vaxt) 103-cü dəqiqədə fərqlənib.
Kabral səsvermədə Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov və Haiti yığmasının üzvü Vilson İsidoru qabaqlayıb. İlk “3-lüy”ü məhz bu futbolçular tamamlayıb.
Mükafata namizədlər arasında Kilian Mbappe (Fransa), Lionel Messi (Argentina), Cud Bellingem (İngiltərə) və Ferran Torres (İspaniya) da yer almışdı.

