"Qarabağ”ın sabiq futbolçusu Emmanuel Addaininin yeni komandası müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Belçikanın Yüksək Liqa təmsilçisi "Lövyen" klubu 24 yaşlı qanalı cinah hücumçusunu heyətinə qatdığını açıqlayıb.
Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Addai yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Addai 2024-26-cı illərdə “Qarabağ”da oynayıb. Bu yay onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.

