"İmişli" heyətini Kot-d İvuardan olan yarımmüdafiəçi Yvan Senin ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, 19 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Əsasən dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Senin karyerası ərzində ölkəsinin "Abican Siti", Portuqaliyanın "Sportinq" (U19 komandası) və son olaraq Azərbaycanın “Şimal” klubunun formasını geyinib.

