Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Rakuv" Polşa çempionatında bu mövsüm ilk oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, Çenstoxova təmsilçisi evdə Plotsk "Visla"sı ilə qarşılaşıb və rəqibinə 1:2 hesabı ilə uduzub.
Emreli meydana start heyətində çıxsa da, 56-cı dəqiqədə əvəzlənib. Forvard oyun ərzində ciddi heç nə ilə yadda qalmayıb.
Qeyd edək ki, "Kayzerslautern"dən icarə əsasında heyətə cəlb olunan Mahir Emreli "Rakuv"un heyətində ilk oyununu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Maltanın “Valletta” komandasına qarşı keçirib. O, görüşdə komandasının ilk qolunun müəllifi olub.

