Yeni mövsümə hazırlıqlarını Ankarada davam etdirən “Turan Tovuz” bu gün 2-ci yoxlama matçına çıxacaq.
Prosport.Az xəbər verir ki, qərblilər Türkiyənin “Fatih Karagümrük” klubu ilə qarşılaşacaq.
I Liqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
“Turan Tovuz” Ankara hazırlığı çərçivəsində artıq 1 oyun keçirib. Komanda İranın U-21 yığması ilə heç-heçə edib – 1:1.

