Yeni mövsümə hazırlıqlarını davam etdirən "Sumqayıt" və "Kəpəz" komandaları növbəti yoxlama oyununa çıxıblar.
Prosport.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Bu, hər iki komandanın mövsümöncəsi ikinci sınaq matçı olub. "Sumqayıt" ilk yoxlama görüşündə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib. "Kəpəz" isə ilk sınaq matçında "Şamaxı" ilə qapılara qol vurulmayan oyunda bərabərə qalıb.

