Yeni mövsümə hazırlığını davam etdirən "Şamaxı" ikinci yoxlama görüşünü keçirib.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi Qəbələdə Qətərin II liqa klubu "Əl-Xaritiyat"la qarşılaşıb.
Görüş "Şamaxı"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını Uğur Cahangirov, Edqar Adilxanov və Emin Rüstəmov vurublar.
Qeyd edək ki, "Şamaxı" ilk yoxlama oyununda "Kəpəz"lə qolsuz heç-heçə etmişdi.

