Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Sabah”dan bəyanat: "Onun şəklini bannerdən çıxarmaq hüququna malikik"
    23.08.2023 21:48:10

    “Sabah” klubu komandadan ayrılan Coy-Lans Mikelslə bağlı bəyanat yayıb.

    Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi sosial şəbəkə vasitəsi ilə klub haqda tənqidi fikirlər səsləndirən almaniyalı futbolçunun iddialarını cavablandırıb:

    “Qısa müddət öncəyə kimi “Sabah” ailəsinin bir parçası olan, yenicə klubdan ayrılmış Coy-Lans Mikelsin klubumuzun ünvanına səsləndirdiyi fikirlər bizi çox təəssüfləndirdi. Bu günə kimi həm futbolçunun şəxsi imicini, həm də azarkeşlərin ona olan böyük sevgisini nəzərə alaraq Mikelsin “Sabah”dan ayrılma prosesi, bu proses zamanı müqavilə öhdəliklərini pozması barədə heç bir açıqlama verməmişik. Ancaq futbolçunun sosial şəbəkə hesabında klubumuzun əleyhinə səsləndirdiyi fikirlər bizi bəzi məsələlər barədə açıqlama verməyə sövq edir.

    Hər kəsə məlumdur ki, klub olaraq ötən mövsümdə əsas hədəflərimizdən biri olan avrokuboklara vəsiqə missiyasının öhdəsindən uğurla gəldik. Bu uğurda bütün futbolçularla yanaşı, Mikelsin də əməyi oldu. Ancaq təəssüf ki, bizim üçün tarixi an olan avrokuboklarda ilk oyunumuzdan 1 gün öncə futbolçu klub rəhbərliyinə müraciət edərək, başqa klubdan sərfəli təklif gəldiyini, onun tələb etdiyi əməkhaqqı verilməyəcəyi təqdirdə ayrılacağı ilə bağlı məlumat verdi. Oyunçunun maliyyəni prioritet kimi əsas götürməsi başadüşüləndir. Lakin Mikelsin avrokubokda, demək olar ki, hər oyunumuzdan öncə əməkhaqqının artırılması ilə bağlı müraciət etməsi və bunun üçün əhəmiyyətli matçlara bir fürsət kimi baxması klub tərəfindən birmənalı qarşılana bilməzdi.

    Komandamızın matçından öncə futbolçunun agenti klub rəhbərliyinə səsli mesaj göndərərək oyunçunun əməkhaqqında külli miqdarda artım olmayacağı halda matça çıxmayacağını bildirsə də, daha sonra Mikels özü klub rəhbərliyinə belə bir fikir bildirmədiyini demişdi. Klub olaraq “Partizan”la oyundan öncə futbolçu ilə danışıqlar aparılaraq onun istədiyi məbləği qarşılamağa hazır olduğumuz bildirilmiş, futbolçu da bu təkliflə razılaşdığını qeyd etmişdi. Lakin sonra klubdan daha yüksək məbləğ tələb etmiş və “Partizan”la vacib görüşdən 1 gün öncə isə baş məşqçiyə yaxınlaşaraq müqavilənin tələblərinə uyğun olmayaraq bu matçda meydana çıxmaq istəmədiyini bildirib. Oyun ərəfəsində məşqdən dərhal sonra isə xəstə olduğunu əsas gətirərək klubun düşərgəsini tərk edib. Buna baxmayaraq, “Partizan”la ev oyununda ona və ailəsinə stadionda digər futbolçularımızın ailə üzvləri ilə eyni yer ayrılıb, bu qərarından sonra belə, ona yad münasibət sərgilənməyib. Oyundan sonra isə onun paltardəyişmə otağına enməsinə şərait yaradılıb.

    Mikels açıqlamasında stadiondan şəkillərinin götürülməsini də iddia edib. Qeyd edək ki, əslində hər bir klub düşərgədən ayrılmış futbolçusunun şəklini reklam bannerlərindən çıxarmaq hüququna malikdir və bu, dünyanın heç bir yerində həmin oyunçuya qarşı hörmətsizlik kimi qəbul edilmir. Lakin Mikelsin iddialarının əksinə olaraq, hazırda onun posterləri stadionun ən çox azarkeş cəmləşən hissələrində qalmaqdadır və oyunlarımıza gələn tamaşaçılar da çox güman, bunun şahidi olublar.

    Futbolçu özü də qeyd etdiyi kimi, karyerasının ən uğurlu dövrünü məhz “Sabah”da keçirib. Klub olaraq onun karyerasına müsbət mənada öz töhfəmizi verməkdən, daha yaxşı şərtlərlə karyerasını davam etdirməsinə vasitəçi olmaqdan şadıq. Lakin onu da qeyd etməliyik ki, futbolçu öz maddi rifahını yaxşılaşdırmaq üçün yeni təklifləri dəyərləndirərkən, klubla müqavilə öhdəliklərinə də hörmətlə yanaşmalı, burada qeyd olunan müddəalar əsasında hərəkət etməlidir. Mikels isə müqaviləsinin öhdəliklərini yerinə yetirməyib.

    Bütün bunlara rəğmən, Mikelsə xidmətlərinə görə təşəkkür edir, ona yeni klubunda uğurlar arzu edirik! Bizim üçün “Sabah” FK-nın mənafeyi hər şeydən üstündür və heç kim klubun maraqlarından öndə ola bilməz. Bu bəyanatla qeyd edilən mövzuda mövqeyimizi tam əks etdirdiyimizi düşünür və gələcəkdə bu istiqamətdə hər hansı paylaşım olmayacağını əvvəlcədən qeyd etmək istərdik”.

    Qeyd edək ki, Coy-Lans Mikels paylaşımında klubda 2 şəxslə (bunlardan birinin klub prezidenti Maqsud Adıgözəlov olduğu ehtimal edilir – red.) münasibətinin korlandığını, lakin onlarla "müharibə aparmaq" fikrinə olmadığını bildirib.

    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Futbol

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11
    Futbol

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved