Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sabah"dakı o 2 insanla döyüşmək fikrində deyiləm" – Mikels ürəyini boşaltdı
    23.08.2023 09:43:43

    “Komanda yoldaşlarım və sevimli “Sabah” ailəsi qarşısında vidalaşmaq istəyim rədd edildi”.

    Prosport.Az xəbər verir ki, bunu yay fasiləsində “Sabah”dan ayrılaraq Səudiyyə Ərəbistanı klubu “Əl-Feysəli”yə keçən Coy-Lans Mikels instaqram səhifəsindəki paylaşımında yazıb.

    Almaniyalı futbolçu vida mesajında klubdakı bəzi rəsmilərdən incidiyini də gizlətməyib: “Əziz ailəm “Sabah”, kaş, hər şey başqa cür olaydı. Amma həyat bəzən belə gətirir. Sağollaşmaq həmişə çətindir və vidalaşma tərzim təsəvvür etdiyim kimi deyildi. 2 il meydanda qan-tər axıtdıqdan sonra bəzi insanlar bu hərəkətimin xoş qarşılanmadığını dedilər. Həmin 2 insanla – hansı ki bilənlər bilir ki, kimi nəzərdə tuturam – “döyüşmək” fikrində deyiləm, siz buna layiq deyilsiniz.

    Məni günahkar göstərmək, paltardəyişmə otaqlarından və dəhlizdən heç vaxt klubda olmamışam kimi şəkillərimi çıxarmaq böyük zəifliyin göstəricisidir. Medalın hər zaman 2 üzü olur. Heç vaxt hekayəmi izah edə bilmədim, çünki bunu etmək şansım belə olmadı.

    Ancaq sizə deyirəm: Sənə pislik edənə müqavimət göstərmə, kimsə sağ yanağına sillə vursa, o biri üzünü də çevir. Kimsə köynəyini almaq üçün səni məhkəməyə vermək istəyirsə, paltonu da ona ver. Mənə verdiyiniz şansa görə yenə də hər birinizə təşəkkür edirəm. Mən beləyəm, bu cür yetişdirildim".

    29 yaşlı hücumçu Azərbaycanı 2-ci vətəni adlandırıb: “Bu həmişə belə də qalacaq. Sizin üçün çox darıxacağam. Çünki mənə heç vaxt unuda bilməyəcəyim ailə bəxş etdiniz. Bu, indiyə qədər keçirdiyim ən yaxşı 2 ilim idi. İnanılmaz komanda yoldaşlarım, mənə sonsuz güvənən məşqçilər, klub işçiləri, media komandası var idi. Orada əlimdən gələnin ən yaxşısını etdim. Ölkədə dostlar qazandım, səmimi qarşılandım. Həm futbolda, həm də şəxsi həyatda heç vaxt gözləmədiyim bir insana çevrildim. Hər birinizə təşəkkür edirəm. Bu sözləri qəlbimin dərinliklərindən yazıram. Sizdən gördüyüm sevgi sözlə ifadə edilə bilməz. “Sabah” ömrümün sonuna qədər ürəyimdə yer tutacaq. İnşallah, yenidən görüşərik. Heç vaxt “heç vaxt” demə! Sizi sevirəm”.

    Qeyd edək ki, 2021-ci ildən “Sabah”da çıxış edən Coy-Lans Mikels 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında keçirdiyi 35 oyunda 17 qol vurub. O, 300 min avro qarşılığında Ərəbistan klubuna transfer olunub.

    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Futbol

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11
    Futbol

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44
    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved