Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi "Kolumbus Kru" MLS-də növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, komanda Şərq Konfransının 17-ci turunda doğma meydanda "Sinsinnati"ni 2:1 hesabı ilə məğlub edib.
Nəriman Axundzadə qarşılaşma ərzində ehtiyat oyunçular skamyasında qalıb və meydana çıxmayıb.
Qeyd edək ki, "Kolumbus Kru" 17 turdan sonra 19 xalla MLS-in Şərq Konfransında 11-ci pillədə qərarlaşıb.

