Almaniyanın Şimal-Şərq Regional Liqasında yeni mövsüm start götürüb.
Prosport.Az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun çıxış etdiyi "Dinamo" (Berlin) I tur oyununda səfərdə "Erfurt"a 1:4 hesabı ilə məğlub olub.
Dadaşov meydana 61-ci dəqiqədə daxil olub. Həmin vaxtadək oyundakı bütün qollar artıq vurulmuşdu və o, hesabın dəyişməsinə təsir göstərə bilməyib.
Beləliklə, Rüfət Dadaşovun komandası yeni mövsümə məğlubiyyətlə başlayıb.

