"Araz-Naxçıvan" yoxlama oyununda "İmişli" ilə 2:2 hesablı heç-heçə edib.
Prosport.Az xəbər verir ki, oyundan sonra "Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynov fikirlərini bölüşüb:
"Hər hissədə fərqli heyətlə oynadıq. Hazırlığa gec başladığımıza görə, hələ fiziki yükləmələr fonunda oyunlar keçiririk. Həm də hava çox isti olduğuna görə, xüsusilə 1-ci hissədə meydana çıxan futbolçular daha çox əziyyət çəkdilər. Taktiki planda üzərində işləməli olduğumuz məqamlar çoxdu. Bu qarşılaşmalar da əsasən ona hesablanıb. Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq".

