UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Prosport.Az xəbər verir ki, bu turnirdəki Azərbaycan təmsilçilərindən “Zirə”nin potensial rəqibləri də bu gün növbəti matçlarına çıxıblar.
“Zirə” II raundda Estoniya təmsilçisi “Payde”ni mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək. “Rapid” səfərdə baş tutmuş ilk oyundan inamlı qələbə ilə ayrılıb - 3:1.
Qeyd edək ki, cavab görüşləri gələn həftə keçiriləcək.

