Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İndiyədək heç bir komandada nizam-intizamla bağlı problem yaşamamışam" - Xoni Montiel
    24.07.2026 10:56:12

    “Qarabağ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın MOİK klubuyla qolsuz bərabərə qalıb.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin ispaniyalı yarımmüdafiəçisi Xoni Montiel matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

    - Oyunla bağlı fikirləriniz necədir?

    - Çətin oyun olacağını gözləyirdik və elə də oldu. Düşünürəm ki, xüsusilə 2-ci hissədə daha yaxşı çıxış etdik. İndi hər şey cavab görüşündə həll olunacaq.

    - Cavab matçından gözləntiləriniz nədir?

    - Bu mərhələdə mübarizə aparan bütün komandalar güclüdür. Onlar ötən mövsüm öz çempionatlarında uğurlu çıxış etdikləri üçün Avropa Liqasına vəsiqə qazanıblar. MOİK də güclü rəqibdir. Dediyim kimi, hər şey cavab oyununda müəyyənləşəcək. Burada bizdən də çox şey asılıdır.

    - 2-ci hissədə meydana çıxanda azarkeşlər sizi alqışlarla qarşıladılar. Belə qarşılanmanı gözləyirdiniz?

    - Xeyr, açığı bunu gözləmirdim. Bu münasibət mənim üçün də xoş sürpriz oldu. Ümumiyyətlə, burada olduğum müddətdə həm mənə, həm də həyat yoldaşıma və ailəmə hər zaman isti münasibət göstəriblər. Buna görə də həmişə demişəm ki, burada çox xoşbəxtəm. “Qarabağ”da olduğum müddətdə də komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm.

    - Bundan əvvəlki avrokubok oyununun iştirak ərizəsinə adınız salınmamışdı. Hətta əvəzedici komandaya göndərildiyiniz barədə xəbərlər yayılmışdı. Bu barədə nə deyə bilərsiniz?

    - Oynamadığım müddətdə haqqımda çoxlu həqiqətə uyğun olmayan xəbərlər yayıldı. Xüsusilə də guya nizam-intizam problemlərim olduğu barədə iddialar dolaşdı. Belə xəbərlər həm mənə, həm də ailəmə çox pis təsir edir. Mən indiyədək çıxış etdiyim heç bir komandada nizam-intizamla bağlı problem yaşamamışam. Sadəcə, bu, baş məşqçinin qərarı idi. Heyətdə çoxlu futbolçu var və hamı özünü göstərməyə çalışır. Son qərarı məşqçi verir və biz də buna hörmətlə yanaşmalıyıq.

    - “Qarabağ”da qalacaqsınız?
    - 100 faiz, bəli.

    - Hazırda durumunuz necədir?

    - Hazırda fiziki durumumu yaxşılaşdırmağa çalışıram. Bildiyiniz kimi, ötən mövsümün sonunda zədə aldım və əməliyyat olundum. Buna görə də mövsümün əvvəlindən komandayla tam hazırlaşa bilmədim. Futbolçunun yaxşı formada olması üçün müntəzəm oyun praktikası çox vacibdir. Hazırda həmin prosesi keçirəm və zaman keçdikcə daha yaxşı vəziyyətdə olacağam.

    - Komandaya çoxlu yeni futbolçu cəlb olunub. Heyətdə yerinizi itirməkdən narahat deyilsiniz?

    - Əksinə, yeni futbolçuların gəlməsi komandanın xeyrinədir. Rəqabət nə qədər güclü olsa, bu, bir o qədər müsbət haldır. Bizim işimiz məşqlərdə maksimum gücümüzlə çalışmaq və baş məşqçinin seçim etməsini çətinləşdirməkdir. Kimin oynayacağına isə məşqçi qərar verir. Bu da Qurban Qurbanovun işidir.

    Futbol

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51
    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved