UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Payde" (Estoniya) - "Zirə" oyunu başa çatıb.
Prosport.Az xəbər verir ki, Pyarnu şəhərindəki "Rannastaadion"da keçirilən qarşılaşmada meydan sahibləri qələbə qazanıb - 1:0.
Moldovalı referi Roman Jitarinin idarə etdiyi matçda yeganə qolu 87-ci dəqiqədə Pa Abdu Çam Bakı klubunun qapısından keçirib.
Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-da baş tutacaq.

