Premyer Liqaya yüksələndən Mərdəkandakı “Dalğa Arena”da ev oyunlarını keçirən “Araz-Naxçıvan” bölgəyə köç edir.
Prosport.Az offsideplus.az-a istinadən xəbər verir ki, muxtar respublika təmsilçisi “Dalğa Arena”da oynaya bilməyəcək. Klub “Bayıl Arena” və Sumqayıtdakı stadionlardan birində oynamaq istəsə də, bu variantlar da alınmayıb.
Bu da o deməkdir ki, “Araz-Naxçıvan” ev oyunlarını bölgələrdən birində keçirəcək. Hələ ki, harda olacağı dəqiq olmasa da, komandanın bölgədə oynayacağı dəqiqdir.

