I Liqada yeni mövsümə hazırlaşan “Xankəndi”nin məşqçilər korpusunda yeni təyinat baş tutub.
Prosport.Az xəbər verir ki, komandanın baş məşqçisinin köməkçisi vəzifəsinə UEFA “B” kateqoriyalı məşqçi Seymur Şəbiyev təyin olunub.
34 yaşlı mütəxəssis məşqçilik karyerası ərzində AZAL və “Zirə” klublarının müxtəlif yaş qruplarında baş məşqçi və köməkçi məşqçi kimi fəaliyyət göstərib. O, bu müddət ərzində komandaları ilə bir sıra uğurlara və nailiyyətlərə imza atıb.

