Bolqarıstanın MOİK komandası Avropa Liqasının II təsnifat mərhələsinin "Qarabağ"la ilk oyununa itki ilə çıxacaq.
Prosport.Az xəbər verir ki, Sofiya klubununu aparıcı futbolçularından olan Ceyms Eto "Qarabağ"la görüşü buraxacaq.
25 yaşlı vinger intizamsız davranışlarına görə əsas komandadan kənarlaşdırılıb. Ceyms Eto bu mövsüm Avropa Liqasında bir matçda meydana çıxıb.
Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” - MOİK matçına saat 20:00-da start veriləcək.

