Yay fasiləsində “Zirə”dən ayrılan Leroy Mikelsin yeni klubu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, 31 yaşlı hücumçu Almaniyaya qayıdıb.
Ruanda millisinin üzvü 3-cü Bundesliqa təmsilçisi “Valdhof”la anlaşıb. Mikels Mannheym klubu ilə artıq rəsmi müqavilə imzalayıb və yeni komandasının Avstriyada təşkil olunan təlim-məşq toplanışına qoşulub.
Qeyd edək ki, Münhenqladbax “Borussiya”sının yetirməsi olan Leroy Mikels ölkəmizdə “Şamaxı” və “Zirə”nin formasını geyinib.

