Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "2:0-dan sonra çox arxayın oynadıq" – Emin Mahmudov
    23.07.2026 01:24:24

    UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Neftçi" doğma meydanda Belarusun "Dinamo" (Minsk) komandasına 2:4 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, görüşdən sonra "Neftçi"nin kapitanı Emin Mahmudov jurnalistlərin suallarını cavablandırıb.

    – Komanda 2:0 hesabda irəlidə idi. Birdən-birə nə dəyişdi? Komandaya nə oldu?

    – Neçənci dəfədir ki, bizdə belə hal yaşanır. Oyuna çox yaxşı başlayırıq, amma sonra nədənsə boşalırıq, bəlkə də arxayınçılıq yaranır. Nəticədə oyunu tamamilə əldən verdik. Azarkeşlərimiz möhtəşəm idi. Stadiona gəldilər, bizi dəstəklədilər, amma biz onları məyus etdik. Buna görə onlardan üzr istəyirəm. Düşünürəm ki, bu oyunda da kifayət qədər qol epizodlarımız var idi və matçı xeyrimizə bitirə bilərdik. İnşallah, cavab oyununda vəziyyəti dəyişəcəyik.

    – Sizcə, hər şeyin birdən-birə dəyişməsində arxayınçılıq rol oynadı?

    – Məncə, bəli. Hesab 2:0 olandan sonra çox arxayın oynadıq. Elə bildik ki, oyun artıq həll olunub. Söz tapmaq çətindir. İndi yalnız cavab oyununa köklənməli və vəziyyəti düzəltməliyik. Hələ heç nə bitməyib.

    – Cavab görüşündə istədiyiniz nəticəni qazanmaq üçün nəyi dəyişmək lazımdır?

    – İlk növbədə müdafiədə daha diqqətli və konsentrasiyalı olmalıyıq. Hücumda isə yaratdığımız qol imkanlarından istifadə etməliyik. Bu gün neçə real epizodumuz oldu, amma dəyərləndirə bilmədik. Rəqib geri dönüş etdi, onları təbrik edirəm. Amma biz başımızı aşağı salmamalıyıq. Mütləq cavab oyununda vəziyyəti dəyişməliyik. Azarkeşlərimiz qarşısında borcluyuq və bunu qaytarmalıyıq.

    – Komandada geridönüş üçün inam var?

    – Əlbəttə, inam var. Azarkeşlər də bizə inanırlar. İndi bunu meydanda, 90 dəqiqə ərzində göstərməliyik.

    – Oyundan sonra Rza ilə bağlı nə baş vermişdi? Azarkeşlərlə hansısa narazılıq yaranmışdı...

    – Belə hallar olur. Oyun pis gedirdi, ona görə müəyyən xoşagəlməz anlar yaşandı. Amma artıq hər şey həll olunub, problem yoxdur.

    – Müdafiədə bu qədər səhvin səbəbini nə ilə izah edərdiniz?

    – Dəqiq səbəb deyə bilmərəm. Amma məncə, yenə də əsas problem 2:0-dan sonra həddindən artıq rahatlaşmağımız oldu. Oyunun bu cür dəyişəcəyini gözləmirdik və bunun da nəticəsi belə oldu.

    – Əksər oyunlarda komanda 2:0 hesabı ilə önə keçəndən sonra üçüncü qolu vura bilmir və sonda ya qələbəni əldən verir, ya da məğlub olur. Sizcə, bu komandanın lənətidir?

    – Bəli, problem də elə bundadır. 2:0-dan sonra üçüncü, dördüncü qolu vura bilmirik. Həmin məqamda çox rahatlaşırıq. İnşallah, bunu da düzəldəcəyik.

    Bahar Rüstəm

    Futbol

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51
    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved