"Meydanda daha çox hücum futboluna üstünlük verməyə çalışacağıq".
Prosport.Az xəbər verir ki, bu sözləri Bolqarıstan klubunun futbolçusu Coel Zvarts UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək ilk oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
Futbolçu hazırkı fiziki formasından razı olduğunu bildirib: “Özümü yaxşı hiss edirəm və yaxşı formadayam. Taktikamız barədə ətraflı danışmaq istəmirəm. “Qarabağ”ın oyun üslubunu yaxşı tanıyırıq və rəqibə qarşı ciddi hazırlaşmışıq”.
Qeyd edək ki, iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – MOİK (və ya Ludoqorets) görüşü saat 20:00-da başlayacaq.

